Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) sədri xanım Marqareta Sederfelti Prezident İlham Əliyev ilə nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələlərini müzakirə edib.
Newscenter-az xəbər verir ki, bu barədə müzakirə mayın 23-də xanım Marqareta Sederfeltinin Prezident İlham Əliyevin qəbulunda olarkən aparılıb.
Dövlət başçısı bildirib ki, Azərbaycan, Gürcüstan və Ermənistanın eyni platformada bir araya gətirilməsi və inteqrasiya olunmuş Cənubi Qafqaz modelinin yaradılması təşəbbüsü məhz Azərbaycan tərəfindən irəli sürülüb.
Görüşdə nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələləri də müzakirə olunub.
Mehman Mehdiyev