Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kosova NATO və AB-yə qəbul edilə bilər -ÖZƏL

Kosova NATO və AB-yə qəbul edilə bilər


Kosovo yaxın vaxtlarda Avropa İittifaqı və NATO-ya qəbul edilə bilər.

Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə Dövlət Katibi Ceyms Heppi belə bir açıqlama ilə çıxış edib.

Britaniyalı nazir Kosovoda səfərdə olarkən prezident Vjosa Osmani ilə görüşdə bu fikirləri səsləndirib. Daha sonra yerli mediaya açıqlama verən Heappey, ölkədəki təhlükəsizlik problemlərini və onların həllində Böyük Britaniyanın oynaya biləcəyi və oynamalı olduğu roldan danışıb:

"Kosovonun uzunmüddətli məqsədi həm Aİ, həm də NATO-ya üzv olmaqdır və hər iki təşkilatın daha geniş konsensusa ehtiyacı olsa da, Böyük Britaniya şərtlər imkan verdikdə Kosovonu bu yolda görməkdə qərarlıdır".

Mehman Mehdiyev
Xəbəri paylaş