Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri və bu ölkədə keçirilən çoxsaylı görüşlər Bakı ilə Vilnüs arasında əlaqələrin daha da inkişafına yol açacaq.
Bu barədə məlumat Newscenter.az-a İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzindən daxil olub. Mərkəzdən bildirilib ki, səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə biznes forumun keçirilməsi Bakı ilə Vilnüs arasında iqtisadi sahədə əlaqələrin bundan sonra daha da inkişaf edəcəyi əminliyi yaradır:
“Keçirilən biznes forum və Azərbaycanda mövcud olan normal biznes mühiti litvalı sahibkarların ölkəmizə, xüsusilə də işğaldan azad edilən ərazilərə investisiya yatırması üçün imkanlar yaradır. Düşünmək olar ki, litvall iş adamları işğaldan azad edilən ərazilərə investisiya yatırmaq, orada istehsal və emal müəssisələri yaratmaqda maraqlı olacaqlar”.
Natiq Orucov