Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Moskva görüşündən gözləntilər yüksək deyil -ÖZƏL

Moskva görüşündən gözləntilər yüksək deyil


"19 may tarixində Rusiyanın paytaxtı Moskvada xarici işlər nazirləri Ceyhun Bayramov, Ararat Mirzoyan və Sergey Lavrov arasında keçirilən üçtərəfli görüşün əsas müzakirə predmetini Azərbaycan-Ermənistan münasibətləri və sülh sazişinə dair məsələlər formalaşdırdı. Ötən il 2 oktyabr tarixində Cenevrədə keçirilən görüşün ardından sayca 4- cü görüşdür ki, keçirildi və ümümi konteksdən yanaşdıqda müəyyən irəliləyişlərin olduğu hiss olunur".

Bu fikirləri Newscenter.az-a verdiyi açıqlamada AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə Azərbaycan və Ermənistan liderlərinin yaxın günlərdə keçirilməsi nəzərdə tutulan Moskva görüşünə münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, qalib tərəf olmasına baxmayaraq rəsmi Bakı Cənubi Qafqazın sülh və əməkdaşlığ məkanına çevrilməsi üçün Ermənistanla münasibətlərin normallaşdırılmasında maraqlı olduğunu müxtəlif kanallar vasitəsilə qarşı tərəfə bildirmişdir:

"Lakin ölkəmizdən fəqli olaraq İrəvan rəhbərliyi hər dəfə müəyyən təxribatlar törədərək müzakirə masasına əyləşməkdən boyun qaçırmaqla danışıqlara müsbət yanaşmadığını nümayiş etdirmişdir. Ancaq qarşı tərəf yaxşı anlayır ki, Azərbaycanın üçtərəfli bəyanatın müddəalarını yerinə yetirmək potensialı var və bəzi məcbur etmə əməliyyatlarından sonra İrəvan rəsmiləri yenidən müzakirə masasına geri dönməyin vacibliyini anladı".

AVP rəsmisi deyib ki, Vaşinqton və Brüssel görüşlərindən fərqli olaraq Moskva görüşündən gözləntilərim yüksək deyil:

"Çünki ev sahibi ölkənin regiona olan baxışı birmənalı deyil. Rusiya imperialist gücdür və ölkə öz siyasi baxışlarını məhz imperiya meylləri əsasında formalaşdırdığından bizim region daxil olmaqla varlıq göstərdiyi regionlarda siyasi istikrarın olmasını istəmir. Bu səbəbdən Moskvanın əsl istəyi hər hansı bir formada olursada tərəflər arasında gərginliyin davam etməsidir. Təbbi ki, Rusiya, Ukrayna müharibəsi fonunda proseslərin dahada qəliz məcrada seyr etməsini istəmir. Çünki bu əlavə təhdidlər yaradır. Ancaq indiki mövcud vəziyyətin davam etməsi Rusiyanın maraqları çərçivəsindədir".

Anar Əliyev
Xəbəri paylaş