Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Moskva görüşündən nəticə gözlənilmir -ÖZƏL

Moskva görüşündən nəticə gözlənilmir


“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada keçirəcəyi görüşdən ciddi nəticə gözlənilmir”.

Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb.

Newscenter.az-a Analitik Qrupdan daxil olan açıqlamada bildirilib ki, Moskva görüşü sadəcə Vaşinqton və Brüssel görüşünə kölgə salmaq, Qərbin, Avropanın vasitəçiliyini arxa plana atmaq üçün tələm-tələsik təşkil edilən bir görüşdür:

“Ona görə də Moskva görüşündən hansısa ciddi bir nəticə gözləmək yersizdir. 44 günlük Vətən müharibəsinin başa çatmasından keçən dövr ərzində Azərbaycan və Ermənistan liderləri dəfələrlə Rusiyada bir araya gəliblər. Lakin Kreml rəhbərinin təşəbbüsü ilə keçirilən görüşlərin heç birində konkret nəticə əldə edilməyib. Ona görə də bu dəfəki görüşdə də hansısa ciddi bir nəticənin əldə olunacağı gözləniilmir”.

Mehman Mehdiyev
Xəbəri paylaş