Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Prezidentin Litva səfəri əməkdaşlığa güclü təkan verdi”-KÖNÜL NURULLAYEVA

“Prezidentin Litva səfəri əməkdaşlığa güclü təkan verdi”-KÖNÜL NURULLAYEVA


"Litva da Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı yeni reallıqların bölgəni daha geniş miqyasda əməkdaşlıq platformasına çevirdiyini qəbul edir. Prezident İlham Əliyevin bu ölkəyə səfəri zamanı keçirilən görüşlərdə bu, bir daha təsdiqləndi".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili qeyd edib ki, dövlət başçımızın da söylədiyi kimi, ölkələrimizi birləşdirən və ümumiyyətlə, qitələri birləşdirən Avrasiya qitəsində daha rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşür:

"Bu kontekstdə Bakı və Vilnüs bu məsələ ilə bağlı daha ciddi məşğul olmaqla bağlı razılığa gəlib. Tərəflər xüsusilə
dünyada hökm sürən yeni geosiyasi reallıqlar fonunda bu əməkdaşlığı vacib hesab edir. Səfərin təfərrüatları onu deməyə əsas verir ki, Litva və Azərbaycan strateji tərəfdaşlar kimi uğurla bir-biri ilə əməkdaşlıq edir. Bu səfərdən sonra bu əməkdaşlığa növbəti güclü təkan verildi".

Könül Nurullayeva onu da vurğulayıb ki, Azərbaycan bütün tərəfdaşları, o cümlədən Litva ilə qarşılıqlı faydalı münasibətləri daha da inkişaf etdirir:

"Görünən budur ki, Vilnüs də Bakıya mühüm siyasi tərəfdaş və inkişaf edən iqtisadi güc kimi baxır.
Prezident İlham Əliyevin də söylədiyi kimi, aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar isə bütün digər sahələrə də öz müsbət təsirini göstərir.
Azərbaycan nəhəng enerji potensialına malik və şaxələndirməni uğurla həyata keçirən tərəfdaş kimi Litvanı da cəlb edir. Keçirilən birgə biznes forum isə iqtisadi sahədə yeni imkanlar yaratmaqla yanaşı, bu platformada əməkdaşlıq üçün prioritet olan sahələr bir daha dəqiqləşdi. Belə ki, Azərbaycan iqtisadiyyatının informasiya texnologiyaları, logistika, istehsal, qabaqcıl ərzaq sənayesi, bərpaolunan enerji kimi müxtəlif sahələri litvalı iş adamlarını cəlb edir.
Səfər zamanı aparılan müzakirələr, imzalanan sənədlər iki ölkə arasında əməkdaşlıq münasibətlərinə yeni müsbət dinamika əlavə edəcək".

Millət vəkilinin sözlərinə görə, Litva eyni zamanda 20 ilə yaxındır, beynəlxalq inkişafa dair layihələrdə Azərbaycanla bir yerdə iştirak edir:

"Rəsmi Vilnüs Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin inkişafını dəstəkləyir. Təsadüfi deyil ki, Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu Litva Prezidenti G.Nausedanın Azərbaycana səfərindən iki ay sonra imzalandı. Tərəflər eyni zamanda Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də strateji tərəfdaşlığın inkişafı üçün yeni imkanlar axtarışındadır. “Biz Avropa İttifaqının Azərbaycanla enerji sahəsində əməkdaşlığını müsbət qiymətləndiririk” deyən Litva prezidenti bu əməkdaşlığın Avropa İttifaqının enerji bazarına müsbət təsir göstərdiyini, həmçinin Avropa İttifaqının qış ayları üçün təchizatını təmin etdiyini bir daha bəyan etdi. Litva Azərbaycanla Ermənistan arasında münaqişənin diplomatik yolla dinc, dayanıqlı və əhatəli həllinin də tərəfdarıdır. Prezident İlham Əliyev işğal edilmiş ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələrin işğalçılar tərəfindən dağıdıldığını bir daha diqqətə çatdırdı. Buna rəğmən Bakının dayanıqlı sülh üçün konstruktiv səylər göstərdiyini bəyan etdi. Yeni reallıqlar fonunda Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları uğurlu əməkdaşlıq üçün yeni fürsətdir və tərəflər bu imkanları dəyərləndirməyə çalışır".

Ruhiyyə
Xəbəri paylaş