Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tarixi hadisə kimi izlənilən səfər -ÖZƏL

Tarixi hadisə kimi  izlənilən səfər


"İkinci Qarabağ müharibəsi dünya dövlətləri arasında münasibətlərə də təsir göstərdi. Azər­bay­canla həmişə yaxşı münasibətləri olan dövlətlər bu münasibətləri bütün parametrlər üzrə bir qədər də yaxşılaşdırdılar. Azərbaycanla Litva arasında münasibətlər də bu baxımdan yeni ta­rixi mərhələsindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari il mayın 22-də Litvaya rəsmi səfəri də bu gerçəkliyin təsdiqidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva səsləndirib. Millət vəkili bildirib ki, rəsmi səfərdə mətbuata verdiyi müsahibədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanla Litva arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdı­ğı­nı bildirərək qeyd etdi ki, bu iki ölkə arasında çox fəal siyasi dialoq aparılır və bu dialoq konk­ret nəticələrlə tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sa­hə­lərə də öz müsbət təsirini göstərir. Bunlar qarşılıqlı etimadın, qarşılıqlı inamın və təbii ki, qarşılıqlı siyasi tərəfdaşlığın nəticəsidir. Azərbaycanla Litva etibarlı iqtisadi tərəfdaş olmaqla bərabər, etibarlı siyasi tərəfdaşdır. Hər iki dövlət dünyəvi məsələlərdə haqqın, gerçəkliyin tərəfindədir və bu mövqe hər ikisinin tolerantlığından irəli gəlir:

"Litva Prezidenti Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Litva-Azər­bay­can biznes forumunun keçirildiyini qeyd edən Azərbaycan Respublikasının Prezidenti İkinci Qarabağ müharibəsini yaradan səbəblərdən, bu müharibənin başlanmasını şərtləndirən amillərdən də söz açaraq dedi: “Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermə­nistanın işğalı altında idi. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqla­rından didərgin düşmüşdür, ərazilərimizin təxminən 20 faizi işğal altında idi. İşğal edilmiş ərazilərdə bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağı­dı­lıb”.
İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun Zəfəri ilə başa çatdı, üçtərəfli bə­ya­nat imzalandı. Ancaq məğub dövlət bəyanatın şərtlərinə əməl etmir. Niyə əməl etmədiyi bütün dövlətlərə məlumdur. İşğalçı dövlət də, onun havadarları da yaxşı bilirlər ki, Azərbaycan Res­pub­likasının Prezidenti cənab İlham Əliyevin müsahibədə dediyi kimi, “Sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Sülh anlaşmasının imzalan­ma­sı qaçılmazdır. Azərbaycan öz tərəfindən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərir. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir”.

Deputat diqqətə çatdırıb ki, Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlərin pa­ralel şəkildə aparıldığını, həm Litvada, həm də Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərildiyini qeyd edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi ki, qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşür. Müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi məşğul olacaqlar. Çünki dünyada hökm sürən yeni geosiyasi reallıq bunu diktə edir:

"Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı” imzalandı. Bu sənədlərin imzalanması da Azərbaycanla Litva arasında əlaqələrin daha da genişlənəcəyini şərtləndirir...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Litvaya rəsmi səfəri tarixi hadisə kimi izlənildi".

Anar Əliyev
Xəbəri paylaş