Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tək başına, iş başına -VAQIF ABDULLAYEV YAZIR

Tək başına, iş başına


Qardaş Türkiyə yeni tarixinin, 100 illik Cümhuriyyətin yubileyi ərəfəsində ən mühüm bir siyasi hadisənin astanasındadır. Bir neçə gün sonra ölkənin 13-cü Prezidenti seçilərək İş başına keçəcək.

Əvvəlcə mayın 14-də keçirilən seçkilərdə Türkiyənin dünyaya demokratiya dərsi keçməsinə toxunmaq istərdim. Hakimiyyəti öz resurslarından istifadə edərək seçkilərdən öz səslərini artırmaq üçün bəzi manipulyasiyalar edəcəyini iddia edənlərin məntiqsiz fikirləri darmadağın oldu və Türk Xalqı milli iradəsinin təntənəsini dünyaya nümayiş etdirdi.

Doğrudur, seçkilər hələ bitməyib, Türkiyə xalqı öz iradəsini mayın 28-də konkretləşdirəcək. İlk turda böyük siyasi Lider Rəcəb Tayyib Ərdoğanın səs çoxluğu ilə xalqın etimadını qazanması, eləcə də parlamentdə AKP üzvlərinin daha çox mandat əldə etməsi “Altılı Masa”nın ikinci ikinci turda qaçılmaz məğlubiyyətinə işarədir.

Birinci turda Ərdoğana səs verən seçicilərin ikinci turda yenidən öz seçimlərində qalacağı, üstəlik seçkilərə qatılmayan şəxslərin böyük bir qisminin də Cümhur İttifaqına səs verəcəyi, hətta CHP-nin məğlubiyyətini gözə almış ümidsiz və xəyal qırıqlığı yaşayan seçicilərinin bir hissəsinin də Kılıcdaroğlunu bir daha dəstəkləməyəcəyi istisna deyil. Eləcə də zəlzələ bölgəsində Kılıcdaroğluna çox az səs vermiş seçicilərin də son günlərdə CHP-li bələdiyyələrin onlara qarşı qeyri-insani rəftarından sonra səslərini tamamilə Ərdoğana verəcəyi şübhə doğurmur.

Türkiyədə işıqlı və ölkənin milli müqəddəratını, gələcəyini düşünən insanların, elm və fikir adamlarının, ictimai siyasi elitanın Qərbin maşası olan anti-milli qüvvələri, o cümlədən Millət İttifaqının namizədini dəstəkləmədiyi məlumdur. Bu millli məfkurə dalğası daha da güclənir. Ona görə də, Ərdoğanın ətrafında birləşənlərin sayı son günlərdə daha da çoxalmaqdadır.

Bu xüsusda əslən soydaşımız olan, seçkilərin 1-ci turunun kilid adamı hesab edilən ATA İttifaqının namizədi Sinan Oğanın da Tayyib Ərdoğanın yanında yer alması qürurverici hadisə və ağlıllı qərar kimi dəyərləndirilə bilər. Oğan bəy bu müdrik addımı ilə güclü və qüdrətli özgür Türkiyənin, dərin bağları möhkəmlənməkdə olan Türk dünyasının gələcəyini düşünən milli ruhlu Vətən övladı olduğunu bir daha isbatladı.

Türkiyə xalqının, cəmiyyətinin Rəcəb Tayyib Ərdoğana böyük inamı və etimadı 20 il əvvəlki kimi yenə də sarsılmazdır. Türkiyə ötən 20 ildə Cənab Ərdoğanın nəhəng siyasi liderliyi ilə saysız uğur hekayələri yazıb, gücsüz bir ölkədən dünyaya öz qətiyyəti və iradəsi ilə dərs keçən ölkəyə çevrilib, regionun söz sahibidir.

Türkiyə milli müdafiə sənayesi dünyada ecazkar gücü və qüdrəti ilə heyran doğurur, Türkiyə Ordusu Avropanın ən güclü Ordusu möhtəşəmliyinə çatmaqdadır. Bütün bu uğurların Memarı Tayyib Ərdoğandır. Ərdoğan AKP-nin və Türkiyənin simasıdır. Türk xalqı Qurucu liderinin sona qədər arxasındadır.

“Dünya Beşdən Böyükdür” qorxmaz və prinsipail qətiyyəti ilə beynəlxalq miqyasda Sözünü yeridən, qəbul etdirən Tayyib bəy Xalqın və Türk Dünyasının Rəhbəri, RƏİS-idir.

Azərbaycan və Türkiyə bu gün daha can qardaşıdır, bu gün sevincli və kədərli günləri daha çox eyni yaşayırlar. Cənab İlham Əliyevin bəyan etdiyi kimi Türkiyənin sevinci bizim sevincimizdir. Ona görə də, qardaş ölkənin taleyində xüsusi gün kimi yadda qalacaq 28 May həm də Azərbaycasn üçün əlamətdar sayıla bilər.

28 Mayda Ərdoğanın Zəfər çalacağına və Türkiyənin siyasi həyatında yeni zəngin bir dövrün başlanacağına heç kimin şübhəsi yoxdur.

28 May həm də Azərbaycan müstəqillik bayramıdır, həmin gün iki qardaş ölkənin həyatının Zəfərlər rəmzidir.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş