Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə PKK-ya qarşı növbəti əməliyyat

Türkiyədə PKK-ya qarşı növbəti əməliyyat


Türkiyədə növbəti antiterror əməliyyatı həyata keçirib.

Newscenter.az xəbər verir ki, bu barədə trthaber məlumat yayıb. Məlumatda bildirilib ki, Mardində terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatda əvvəllər rayon başqanı olan HDP-li və DBP-lilərin də olduğu 17 şübhəli saxlanılıb.

Respublika Baş Prokurorluğunun koordinasiyasında İl Jandarma Komandanlığının qrupları terror təşkilatı PKK/KCK-PYD/YPG-nin hərəkət və fəaliyyətlərinin qarşısının alınması və təşkilat üzvlərinin tutulması istiqamətində işlərini davam etdirir.

Məlumata görə, Derik, Kızıltəpə, Dargeçit, Savur, Ömerli, Nusaybin və Artuklu rayonlarında 19 fərqli ünvana qruplar tərəfindən eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyatda 17 şübhəli tutuldu. Saxlanılanlar arasında daha əvvəl rayon başqanı olmuş HDP-lilərin və DBP üzvlərinin də olduğu öyrənilib.

Mehman Mehdoyev
Xəbəri paylaş