Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenski Donetskə getdi -ÖZƏL

Zelenski Donetskə getdi


Ukrayna prezidenti Vladimir Zelenski Donetsk vilayətinə gedərək burada ukraynalı əsgərlərlə görüşüb.

Newscenter.az bildirir ki, Ukrayna Prezidentliyinin rəsmi saytında verilən açıqlamaya görə, Zelenski Donetskə bu gün qeyd olunan Dəniz Piyadaları Günü ilə əlaqədar səfər edib.

Zelenski Donetsk vilayətinin Marinka və Uqledar şəhərləri istiqamətində Ukrayna ordusunun ön mövqelərində olan əsgərlərlə görüşüb.

Komandirlərdən cəbhədəki hadisələrlə bağlı məlumat alan Zelenski bildirib ki, Ukrayna dəniz piyadaları düşmənə qarşı effektiv döyüşür.

Səfər zamanı Vladimir Zelenski bir qrup hərbiçini dövlət medalları təltif edib.

Mehman Mehdiyev
Xəbəri paylaş