Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Anar Əsədlinin ailə üzvləri ilə görüşünə icazə verilmir -ÖZƏL

Anar Əsədlinin ailə üzvləri ilə görüşünə icazə verilmir


Bir aydan artıqdır ki, barəsində həbs qətimkan tədbiri seçilərək azadlıqdan məhrum edilən Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) sədri Anar Əsədli saxlanıldığı istintaq təcridxanasında bəzi hüquqlardan məhrum edilib.

Newscenter.az-a AY Partiyanın İcra Aparatının rəhbəri Aqil Dadaşzadə bildirilib ki, Anar Əsədlinin ailə üzvləri ilə görüşünə icazə verilmir:

"Ailə üzvlərinin Anar Əsədlinin saxlandığı Bakı istintaq təcridxanasına və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə görüşlə bağlı etdiyi müraciətlərə indiyədək müsbət cavab verilməyib. Təcridxana rəhbərliyi görüş üçün idarənin icazə verməli olduğunu əsas gətirir. BMCMİ isə Anar Əsədlinin ailə üzvləri ilə görüşünə heç bir qadağa olmadığını bildirir. Nəticədə onun ailə üzvləri ilə görüşmək hüququ kobud şəkildə pozulur".

Aqil Dadaşzadə qeyd edib ki, AY Partiya Başqanı həbs olunduğu ilk günlərdə onun vəkili ilə görüşünə də süni maneələr yaradılmışdı:

"Yalnız aidiyyəti qurumlara şikayətdən və ictimailəşdiriləndən sonra məsələ həllini tapmışdı. Hazırda ibtidai istintaq davam edir. Vəkilinin Anar Əsədlinin barəsindəki həbs qərarının dəyişdirilməsi ilə bağlı məhkəməyə verdiyi şikayətlər təmin olunmayıb".

Anar Əliyev
Xəbəri paylaş