Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belqorod təxribatı Ukrayna üçün yaxşı heç nə vəd etmir -ÖZƏL

Belqorod təxribatı Ukrayna üçün yaxşı heç nə vəd etmir


"Rusiyanın Belqorod ərazisinə Ukrayna ərazisindən daxil olmuş diversiya qrupu müharibə ərzində ən təhlükəli insident yaradır. Ukrayna tərəfinin bu təxribatla əlaqəsinin olmamasını deməsinə baxmayaraq bu təxribat Ukrayna üçün yaxşı heç nə vəd etmir".

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, təxribatın Rusiya tərəfindən, ya da həqiqətən Ukrayna tərəfindən törədilməsinə baxmayaraq günahkar Ukrayna olacaq:

"Ukrayna haqlıykən haqsız duruma düşə bilər. Hesab edirəm ki, bu, lazımsız akt idi".

Azər Qasımov deyib ki, belə addımın müharibənin daha da genişlənməsinə səbəb olacağı şübhəsizdir:

"Rusiya isə bundan bu günə kimi haqsız durumda olduğu vəziyyətdən haqlı duruma düşə bilər. Rusiya deyə bilər ki, biz sizə əvvəldən də deyirdik ki, Ukrayna Rusiyaya hücum etməyi planlaşdırırdı. Bu fakt da onu sübut edir. Belə bir hücumun heç bir məntiqi yoxdur".

Anar Əliyev
Xəbəri paylaş