Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümüdür. 1918-ci ildə Şərqdə ilk demokratik respublika kimi yaranan AXC qısa böyük uğurlara imza atdı.
Newscenter.az-ın xəbərinə görə, AXC-nin yaranma tarixinə nəzər salan Yeni Azərbaycan Partiyasının üzvü Gündüz Alıkişiyev qeyd edib ki, Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin nəticəsi sayılan cümhuriyyət müasir dövlətçilik tariximizdə mühüm yerə malikdir. Onun sözlərinə görə, Cümhuriyyətin süqutundan sonra 70 il Sovet rejiminin basqıları da Azərbaycan xalqının azadlıq ideallarını boğa bilmədi. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövləti quruldu:
"Prezident cənab İlham Əliyevin də söylədiyi kimi, cümhuriyyət qurucuları sağ olsaydı, bugünkü Azərbaycanla fəxr edərdilər".
Hakim partiya üzvü deyib ki, ikinci dəfə müstəqilliyimizin əldə olunmasında və qorunub saxlanılmasında müstəsna rolu olan Ümummilli Lider Heydər Əliyevin qoyduğu yol bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir:
"Bu gün Azərbaycan nəinki regionda, eləcə də bütün dünyada söz və nüfuz sahibinə çevrilib".
Anar Əliyev