“GünAZ TV-nin qurucusu Əhməd Obalı və onun oğlunun Amerikada vəhşicəsinə döyülməsi ciddi şəkildə pislənilməlidir. Bu böyük və ağır bir cinayətdir. Bu cinayətin hansı motivdə baş verməsi əsas deyil. Əsas olanı odur ki, belə bir cinayət törədilib”.
Newscenter.az xəbər verir ki, bu fikirləri sabiq millət vəkili Cahangir Hüseynov səsləndirib. O bildirib ki, bu hadisəyə Azərbaycan dövləti, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları ciddi reaksiya verilməlidir:
“Hətta bu cinayət hadisəsinin tezliklə açılması üçün Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinə məktubla müraciət edilməlidir”.
Sabiq millət vəkilinin sözlərinə görə, Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu, millət vəkili Fazil Qəzənfəroğluna qarşı sui-qəsd hadisəsi kimi Əhməd Obalının döyülməsini də tamam başqa istiqamətlərə yönəldib diqqəti əsas cinayətdən, bu cinayəti törədən mütəşəkkil qrupdan yayındırmağa çalışırlar.
Cahangir Hüseynov deyib ki, Əhməd Obalının qurucusu olduğu “GünAZ TV”-nin Azərbaycan ərazisində sərbəst şəkildə yayımına da şərait yaradılmalıdır.
Anar Əliyev