“Gündəmdə sülhdən başqa variant yoxdur”.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputat Gevorq Papoyan deyib.
O bildirib ki, ya Türkiyə və Azərbaycanla müharibə aparılmalı, ya da sülh yolu seçilməlidir: “Bəziləri müharibə barədə danışırlar. Amma mənim üçün Ermənistanın mövcudluğu hər şeydən vacibdir. Biz dinc yolla getməliyik, bunun alternativi yoxdur”.