Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Litva: Azərbaycanın strateji tərəfdaşı -ÖZƏL

Litva: Azərbaycanın strateji tərəfdaşı


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə Litvaya baş tutan rəsmi səfəri təkcə Bakı və Vilnüsdə deyil, eləcə də Avropa məkanında diqqətlə izlənib. Xüsusilə, səfər çərçivəsində imzalanan sənədlər qitədə maraqla qarşılanıb. İlk növbədə ona görə ki, Litva Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində mühüm rol oynayan ölkələrdən biridir. Çünki Vilnüs ilə Bakı arasında uzunmüddətli əməkdaşlıq buna imkan yaradıb. Sovetlərin tərkibində olandan yüksək səviyyədə qurulan bu əməkdaşlıq günümüzdə də yüksələn xətlə inkişaf edir. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri də bunu deməyə əsas verir.

“Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı Newscenter.az-a verdiyi açıqlamada bildirib ki, günümüzdə Bakı ilə Vilnüs arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq yaxın tariximizlə bağlıdır. İctimai Birlik sədri qeyd edib ki, Azərbaycan və Litva arasındakı münasibətlər qədim tarixi köklərə malikdir. Onun sözlərinə görə, hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Litvanın ölkəmizdə konsulluğu fəaliyyət göstərib:

“1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri də məhz Litva olub”.

Arzuman Muradlı onu da deyib ki, ümumilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Bakı ilə Vilnü arasında diplomatik münasibətlər və strateji tərəfdaşlıq daha sürətlə inkişaf etməyə başlayıb.

İctimai Birlik sədri onu da qeyd edib ki, günümüzdə Litvanı hər mənada Azərbaycanın strateji tərəfdaşı adlandırmaq olar.

Anar Əliyev
Xəbəri paylaş