Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.
O, mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının növbəti iclasında iştirak edəcək.
N.Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Səfər çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü də nəzərdə tutulub.