Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Ermənistana öhdəlikləri yerinə yetirmək üçün təzyiq edə bilər -ÖZƏL

Rusiya Ermənistana öhdəlikləri yerinə yetirmək üçün təzyiq edə bilər


"Moskva görüşü ilə bağlı daha çox Rusiyanın gözləntiləri var. Çünki dəfələrlə müşahidə edirik ki, Qərb, xüsusən Vaşinqton və Brüssel görüşlərindən sonra Moskva danışıqlar prosesini atkivləşdirir, tərəflər arasında görüş baş tutur".

Bu fikirləri Newscenter.az-a səsləndirən politoloq Vüqar Əhmədov təəssüf hissi ilə qeyd edib ki, Ermənistanla-Azərbaycanda arasında nizamlanmaya nail olmaq üçün Rusiyanın əlində üçtərəfli bəyənatlar, işçi komissiyaları və Qarabağda sülhməramlı kontingenti kimi real mexanizmlər olmasına baxmayaraq biz rəsmi Moskva tərəfindən yetərincə real nəticəyə yönələn səylər görmürük:

"Ona görə Moskva görüşünə bir o qədər nikbin yanaşmıram, amma düşünürəm ki, əgər Rusiya rəhbərliyi istəyərsə Ermənistana öhdəlikləri yerinə yetirmək üçün təzyiq edə bilər. Çünki bu təzyiqlər Qərblə müqayisədə bu gün Rusiyada daha çoxdur. Lakin dünyada gedən geosiyasi vəziyyəti nəzərə alaraq vəziyyət hər zaman dəyişə bilər. Rəsmi Bakı isə hələ ki, danışıqlar prosesində səbr və konstruktivlik nümayiş etdirərək milli maraqlarımızdan irəli gələn addımlar atmaqdadır".

Mehman Mehdiyev
Xəbəri paylaş