Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Ukrrayna müharibəsində yeni mərhələ başladı -ÖZƏL

Rusiya-Ukrrayna müharibəsində yeni mərhələ başladı


Rusiya-Ukrayna müharibəsi hər ötən gün daha da kritik həddə qədəm qoyur. Bu günlərdə Ukrayna diversiya qrupunun Rusiyanın Belqorod şəhərinə girməsi və orada təxribatlar törətməsi Kremli hədsiz dərəcədə qəzəbləndirib və Rusiyanın yaxın günlərdə Ukraynaya ciddi zərbələr endirəcəyi şübhə doğurmur. Elə sabiq baş nazir Dmitri Medvedev də bunu istisna etməyib. O bildirib ki, yaxın günlərdə Ukraynada fəlakət ssenarisi yaşanacaq.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən politoloq Samir Hümbətov deyib ki, Rusiya-Ukrayna müharibəsində döyüşlərin Rusiya ərazisinə keçməsi ilə tərəflər arasında qarşıdurmada yeni mərhələ başladı. Onun sözlərinə görə. proseslərin gedişindən belə aydın olur ki, artıq müharibə meydanı yalnızca Ukrayna ərazisi olmayacaq:

"Son iki gündə yayılan məlumatlara əsasən, Ukrayna ordusu və həmçinin, əsasən, ruslardan təşkil edilmiş "Rus Könüllülər korpusu" və " Rusiyaya Azadlıq" legionu artıq Rusiyanın Belqorod ərazusinə daxil olub. Hətta məlumatlardan belə aydın olur ki, bəzi ərazilər artıq onların nəzarətindədir".

Politoloqun qənaətincə, görünənlər ondan ibarətdir ki, Kreml adminstrasiyasının qorxduğu və Qərbin hədəflədiyi proseslər baş verir:

"İndi Rusiya yalnızca Ukraynada işğaçılıq müharibəsi aparmayacaq, eyni zamanda öz ərazilərində nəzarəti ələ almaq üçün Ukrayna silahlı qüvvələrinin və həmçinin, "Rus Könüllülər korpusu" və "Rusiyaya Azadlıq" legionunun qarşısını almağa çalışacaq. Bu isə onu bir hədəfə köklənməyə imkan verməməklə yanaşı, daha çox enerji sərf etməsinə gətirib çıxarır ki, nəticədə Rusiya ya işğal etdiyi əraziləri tərk etməli, ya da öz ərazilərində torpaq itkisi yaşamalı olacaq.
Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi çıxılmaz yola girib. Bu isə hər iki tərəf üçün böyük fəlakətlərin baş verəcəyi anlamına da gələ bilər".

Anar Əliyev
Xəbəri paylaş