Çexiya İsveçdən 2,7 milyard dollarlıq 246 CV90 zirehli döyüş maşını almağı nəzərdə tutub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Çexiyanın müdafiə naziri Jana Cernochova belə bir açıqlama ilə çıxış edib. Qeyd edilən məbləğin zirehli döyüş maşınlarının alınması üçün səerf edilməsi hökumət tərəfindən təsdiqlənib.
Müdafiə Nazirliyinin açıqlamasına görə, İsveç tərəfi zirehli maşınların ilk çatdırılmasını 2026-cı ildə həyata keçirəcək. Digərləri isə 2030-cu ildə Çexiyaya veriləcək.
Çexiya hakimiyyəti həmçinin Almaniya istehsalı olan "Leopard-2" A8 tankının alınması üçün Almaniya hökuməti ilə danışıqlar aparacaqlarını açıqlayıb. Çexiya ordusu sovet dövründən qalma T-72 tanklarının modernləşdirilmiş versiyalarından istifadə edir və Ukraynaya onlarla T-72 tankı tədarük etdikdən sonra Almaniyadan 14 Leopard-2 A4 tankı almaq üçün müqavilə imzalayıb.
Çexlər həmçinin 24 ədəd F-35 qırıcısı təyyarəsi almaq üçün ABŞ-la danışıqlar aparır, lakin iki dövlət arasında hələlik heç bir razılaşma əldə olunmayıb.
Mehman Mehdiyev