"Moskvada Avrasiya İqtisadi Birliyinin növbəti toplantısı keçirilib. Liderlər səviyyəsində keçirilən toplantıya Azərbaycan prezidenti İlham Əliyev qonaq qismində dəvət olunub və qatılıb. Ölkə başçısının ilk dəfə qatıldığı Avrasiya İqtisadi Birliyi ölkələrindən, Ermənistan xaric, ölkəmizə qarşı heç bir zaman ziddiyətli addımlar atılmayıb və bu təşkilatdan bu kimi çağırışlara da təsadüf edilməyib".
Bu fikirləri Newscenter.az-a səsləndirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, 2015-ildən fəaliyyətə başlayan AİB azad ticarət məqsədi ilə yaradılıb və ölkəmizin maraqlarına ziddiyyət təşkil etməyən bu birlik ölkələri, əksinə Azərbaycanla istər siyasi, istərsə də iqtisadi baxımdan geniş əlaqələrə malikdirlər və bu ölkələrlə bütün dönəmlərdə yüksək səviyyədə mühüm iqtisadi münasibətlərin həyata keçirilməsində müştərək layihələr həyata keçirib:
"Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olması məsələsi heç bir zaman istisna olmayıb, amma, bunu da qeyd etmək lazımdır ki, Azərbaycan bu təşkilata üzv olmamaqla da, heç vaxt heç bir problemlə üzləşməyib. Sadəcə olaraq işğalçılıq siyasəti yürüdən Ermənistanla eyni təşkilatda təmsil olunmağı Azərbaycan prezidenti öz siyasətinə uyğun olaraq məsləhət görməyib".
Çingiz Şahbazi deyib ki, Azərbaycanın Ermənistanla hər hansı bir təşkilatda təmsil olunma ehtimalı yalnız Ermənistanın işğalçılıq siyasətinə son qoymasından sonra ola bilər:
"Avrasiya İqtisadi Birliyində təmsilçiliyimiz və yaxud da əksinə əvvəlki tək indiki durumumuz ölkəmiz üçün normal hesab edilir və durum dəyişməz olaraq qalır".
Anar Əliyev