Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Türkiyənin daxili işlərinə qarışa bilməz -ÖZƏL

Azərbaycan Türkiyənin daxili işlərinə qarışa bilməz


Türkiyə Azərbaycanın daxili işlərinə, Azərbaycan da Türkiyənin daxili işlərinə qarışa bilməz.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, bu fikirləri 14 may seçkilərində ATA İttifaqından prezidentliyə namizəd olmuş Sinan Oğan səsləndirib.

İkinci turda Rəcəb Tayyib Ərdoğana dəstək verməsinin arxasında heç nəyin dayanmadığını deyən Oğan, Azərbaycan dövlət başçısı tərəfindən ona zəng olduğu və Ərdoğana dəstək vermək barədə təlimat aldığı xəbərlərini də rədd edib:

"İlham Əliyev mənə zəng etməyib. Əliyevdən mənə mesaj gəlməyib. Əliyevin belə bir cəhd etməsi ağlımdan keçməzdi".

Sinan Oğan neft quyularının olması ilə bağlı yayılan xəbərləri də təkzib edib:

"Seçki zamanı təbliğat avtobusumuzun yanacağı bitdi, yanacaqdoldurma məntəqəsinin sahibi bizi yanacaqla təmin etmək istədi. Yanacaq çatışmamazlığından icarəyə götürdüyümüz avtobusumuzla gəzə bilmədik" deyə Sinan Oğan burğulayıb.

Mehman Mehdiyev
Xəbəri paylaş