“Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moksvada keçirilən üçtərəfli görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzzalanması istiqamətində ciddi bir nəticə əldə edilməsə də, lakin bütün halda bu kimi görüşlərin, müzakirələrin keçirilməsi faydalıdır”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı Azərbaycan və Ermənistam liderlərinin Moskva görüşünü şərh edərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, Moskva görüşündən hansısa bir nəticənin əldə ediləcəyi onsuz da gözlənilən deyildi:
“Çünki Rusiyanın əsas niyyəti problemin həll edilməsi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması deyil. Şimal qonşumuz problemin indiki vəziyyətdə qalması, prosesin yubanmasının tərəfdarıdır. Çünki indiki vəziyyət Kremlin maraqlarına cavab verir və bu ölkə Ermənistan, həmçinin regionda təsir imkanlarını əlində saxlayır”.
Arzuman Muradlı onu da deyib ki, Moskvada keçirilən görüşlərdə ən diqqəti çəkən məqam Azərbaycan Prezidenti İlham Əliyevin hər zaman olduğu kimi zərgər dəqiqliyi və yüksək diplomatik bacarıqla erməni baş naziri Nikol Paşinyanı mat vəziyyətinı salması oldu.
Anar Əliyev