"Prezident İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında Moskvada keçirilən son görüş əvvəldən də proqnozlaşdırıldığı kimi sırf nəqlyyat-kommunikasiya əlaqələrinin bərpasına həsr olundu. Çünki bu məsələ Rusiya üçün indiki mərhələdə ən prioritet məsələlərdən biridir".
Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, Ukrayna savaşı səbəbilə bir çox ticari təfdaşlarını itirən Rusiya “Zəngəzur dəhliz”inə yeni imkanlar olaraq baxır:
"Məlumdur ki, Zəngəzur dəhlizinin açılması ilə Rusiya həm Ermənistan, həm də İranla birbaşa dəmir yolu əlaqələri əldə edə biləcək. Odur ki, əvvəldən də Rusiyanın bundan əvvəl ABŞ-da və Brüsseldə razılaşdırılmış məsələlər, yəni sərhədlərin delimitasiya və demorkasiyası, eləcə də sülh sazişinin mətni üzrəində razılaşdırmalarla bağlı deyil məhz nəqliyyat dəhlizlərinin aşılması ilə bağlı məsələni masaya yatıracağı gözlənilən idi və belə də oldu".
Politoloqun qənaətincə, Açıqlamalardan məlum olur ki, tərəflər bu istiqamətdə müəyyən irəliləyişlərə nail olsalar da hələ də bir sıra razılaşdırılmamış məqamlar var:
"Putin bu məqamları, yəni fikir ayrılıqlarının terminalogiya və texniki məqamlarla əlaqələndirdi. Amma məlumdur ki, əsas məsələ Azərbaycanla Ermənistan arasında kömrük məntəqələrinin hansı şəkildə qurulacağı, onların necə fəaliyyət göstərəcəyi, yoxlamaların hansı şəkildə aparılacağı, transit daşımalar üçün kömrük xərcləri və s. məsələlərlə bağlıdır. Bu istiqamətdə hələ yekun razılşmanın olmamasının nəticəsidir ki, tərəflər baş nazirlərin müavinləri səviyyəsində bir həftədən sonra növbəti görüşün keçirilməsini məqsədəuyğun sayıblar".
Anar Əliyev