Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hansısa bir reallığı yaratmağa çalışsaq.....-POLİTOLOQ -ÖZƏL

Hansısa bir reallığı yaratmağa çalışsaq.....-POLİTOLOQ


Azərbaycan və Ermənistan liderlərinin gözlənilən Moskva görüşü nəhayət ki, baş tutdu. Görüşün nəticələrindən məlum oldu ki, tərəflər hələ də sülh müqaviləsi ilə bağlı konkret razılığa gələ bilməyiblər. Bundan başqa Rusiya prezidentinin üçtərəfli formatda keçirilən görüşdə əsas diqqəti ərazi bütövlüyü məsələsinə yönəltməsi belə bir fikir formalaşdırıb ki, regional nəqliyyat dəhlizləri, eləcə də Zəngəzur dəhlizi məsələsi arxa plana keçir. Elə politoloq Vüqar Əhmədov da bu qənaətdədir. Newscenter.az-ın xəbərinə görə, politoloq deyib ki, Zəngəzur dıhlizi ilə bağlı ümidlər alt-üst oldu:

"Bu günə qədər Zəngəzur dəhlizi ilə bağlı müəyyən ümidlərim var idisə, indi o ümidlərim də alt üst oldu".

Politoloq hesab edir ki, hansısa bir reallığı yaratmağa çalışsaq, elə Qarabağ ətrafında bunu etməyə çalışmalıyıq:

"Zəngəzur dəhlizinin bir reallığa çevrilməsi nədənsə görsənmir".

Anar Əliyev
Xəbəri paylaş