Dünyada minlərlə xalq var.Onlardan yalnız 200-ə qəədrə öz dövlətini qura bilmişdir. Həmin öhdə gedən xalqlardan biri də azərbaycan xalqıdır.1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay ömür sürməsinə baxmayaraq, belə bir qısa dövr ərzində xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək millətimizə üz ağlığı gətirən çox dəyərli nəticələrə nail ola bilmiş, Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır.Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır.
Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi.Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik Rusiyasınınnın işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.70 illik fasilədən sonra, 1991-ci ildə biz yenidən müstəqilliyimizə nail olduq. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilıb. Çox yaxşı haldır ki, biz artıq həm də Demokratik Cümhuriyyətin yaranması gününü qalib ölkə kimi qeyd edirik.
Azərbaycanın dövlət müstəqilliyi günümüz mübarək olsun!
Əli Məsimli-Milli Məclisin deputatı