28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər. ▪ Bu gün iki qardaş ölkə - Azərbaycan və Türkiyə tarixinin ən əlamətdar gününü yaşayır. Azərbaycan Müstəqillik Gününü, Türkiyə 100 illik Cümhuriyyətinin yubileyi ərəfəsində tarixində açılan Yeni səhifənin qürurunu - 13-cü Prezidentinin seçim Gününü qeyd edir.
Türkiyə xalqının yekdilliklə bu gün Rəcəb Tayyib Ərdoğanı yenidən Prezident seçəcəyinə zərrə qədər şübhə yoxdur, bu mənada qardaş ölkənin Ərdoğanla yeni yazılan tarixinə qovuşacağna saatlar qalır.
Səhər tezdən başlanmış seçki qaynarlığı və müşahidə edilən əhval-ruhiyyə tərəddütsüz Ərdoğanın qalib gələcəyindən xəbər verir.
Heç şübhəsiz ki, günün sonunda Türkiyə dünyaya Ədalət və İnkişafın parlaq bir demokratiya örnəyini təqdim edəcəkdir.
Əslində bu demokratik nümunəni Türkiyə mayın 14-də nümayiş etdirərək Qərbin və bir sıra anti-mili qüvvələrin Ərdoğansız Türkiyənin gücsüzləşdirilməsi layihəsini darmadağın etməklə göstərib.
Bu gün isə qardaş Türk xalqı öz milli iradəsinə bir daha sadiq qalaraq birinci turun davamını təkrarlaycaq. CHP-nin 14 may məğlubiyyətindən sonra bu partiyanın namizədinə səs verən ümidlərini itirmiş və xəyal qırıqlığı yaşayan seçicilərin bir hissəsinin də Kılıcdaroğlunu dəstəkləməyəcəyi rəy sorğularından görünür. İlk turda Zəlzələ bölgəsində Altılı Masanın namizədinə səs vermiş kiçik seçki elektoratının ötən 2 həftə ərzində CHP-li bələdiyyələrin onlara qarşı qeyri-insani rəftarından sonra səslərini Ərdoğana yönəldiyi də qətidir.
Ümumiyyətlə, Türkiyədə işıqlı və ölkənin milli müqəddəratını, gələcəyini düşünən bütün ictimai toplumun Qərbin maşası olan Millət İttifaqının namizədini dəstəkləmədiyini sosial mediadakı fikir və rəylərdən müşahidə etməkdəyik. Türkiyənin milli ləyaqətini düşünən bütün qüvvələrin Ərdoğan dalğasına qoşulması son günlərdə daha da güclənibdir.
Bu xüsusda əslən soydaşımız olan, seçkilərin 1-ci turunun kilid adamı Sinan Oğanın Tayyib Ərdoğanın yanında yer almasını da ağlıllı və düzgün qərar kimi dəyərləndirmək istərdim. Oğan bəy bir neçə gün əvvəl müdrik addımı ilə Türk dünyasının gələcəyini düşünən milli ruhlu Vətən övladı olduğunu bir daha isbatladı.
Gerçəklik budur ki, Türkiyə xalqının, cəmiyyətinin Rəcəb Tayyib Ərdoğana inamı böyük inamı və etimadı 20 il əvvəlki kimi yenə də sarsılmazdır. Türkiyə ötən 20 ildə Cənab Ərdoğanın nəhəng siyasi liderliyi ilə saysız uğur hekayələri yazıb, gücsüz bir ölkədən dünyaya öz qətiyyəti və iradəsi ilə dərs keçən ölkəyə çevrilib, sarsılamz İmzası olan söz sahibidir.
Türkiyənin milli müdafiə sənayesi dünyada ecazkar gücü və qüdrəti ilə heyran doğurur, Türkiyə Ordusu Avropanın ən güclü Ordusu möhtəşəmliyinə çatmaqdadır.
Bütün bu uğurların Memarı Tayyib Ərdoğandır. “Dünya Beşdən Böyükdür” qorxmaz və prinsipail qətiyyəti ilə beynəlxalq miqyasda Sözünü yeridən, qəbul etdirən RƏİS-in fövqəladə qüdrəti ilə Yeni Türkiyə quruculuğu davam edir. Türk xalqı Qurucu Lliderinin sona qədər arxasındadır.
Azərbaycan və Türkiyə bu gün can qardaşı kimi BİR sevinci yaşayır. Cənab İlham Əliyevin bəyan etdiyi kimi Türkiyənin sevinci bizim sevincimizdir. "Qardaşım Əerdoğandan başqa qüvvələrə ürəyimdə yer yoxdur". Ona görə də, 28 May seçimləri həm də Azərbaycasn üçün əlamətdar sayıla bilər.
28 May Azərbaycanın Müstəqillik bayramı, Türkiyənin yeni Zəfər Günü kimi yaşanmaqdadır.
Tanrı iki qardaşın, Türkün sevincli günlərini, zəfərlərini əbədi və daim etsin.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki