Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəmzi məna daşıyan tarixi gün

Rəmzi məna daşıyan tarixi gün


“Bu gün xalq, dövlət olaraq ikiqat bayram sevincini yaşayırıq. Azərbaycan Xalq Cümhuriyyətinin ildönümünü qeyd etdiyimiz bir tarixdə erməni işğalı nəticəsində 30 ildən artıq öz doğma yurd-yuvalarından didərgin düşmüş laçınlılar Laçına qayıdır. Bu tarixi hadisə hər bir Azərbaycan vətəndaşında qürur, fərəh, sevinc hissi yaşatmaqla yanaşı, eyni zamanda gələcəyə, Qarabağa Böyük Qayıdışa, bu dilbər guşəmizin dünyanın füsnkar bölgəsinə çevriləcəyinə əminlik, inam hissi formalaşdırır”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, Laçına qayıdışın birbaşa Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə reallaşması da bir güvənlik, zəmanət deməkdir:

“Bu tarixi hadisə həm də onun sübutudur ki, Azərbaycan qarşısına qoyduğu istənilən məqsədi həyata keçirməyə qadirdir və buna heç kimin şübhəsi olmasın”.

Arzuman Muradlı onu da deyib ki, dövlət başçısının dediyi kimi bu günkü günün rəmzi mənası var:

“Prezzidentin təbirincə desək, may ayında Laçın işğal altına düşdü, may ayında laçınlılar Laçına qayıtdılar”.

Anar Əliyev
Xəbəri paylaş