"Rəcəb Tayyıb Ərdoğanın 28 may tarixində keçirilən ikinci tur prezident seçkilərində qələbəsi təkcə Türkiyənin yox, Azərbaycanın, Türk dünyasının, demokratiyanın qələbəsidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki, Türk xalqı tarixinin ən mürəkkəb, çətin, şərəfli imtahanını verdi:
"Dünyaya demokratiya dərsi keçdi. ölkəni parçalamaq, inkişafının qarşısını almaq istəyən qüvvələrin cavabını verdi".
Qeyd edək ki, mayın 28-də keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,16 faiz səslə növbəti 5 il müddətinə Türkiyə prezidenti seçilib.
Anar Əliyev