Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lənkəranda çimərlikdə mina aşkarlanıb

Lənkəranda çimərlikdə mina aşkarlanıb


Lənkəranda Xəzər dənizinin sahilində mina tapılıb.

Newscenter.az bildirir ki, "Report"un cənub bürosunun məlumatına görə, mina sahil zolağında, çimərlik ərazisində aşkar olunub.

Əraziyə mütəxəssislər cəlb edilib. İnsanlar təxliyə edilməklə təhlükəsizlik tədbirləri görülüb və mina zərərsizləşdirilib.

Qeyd edək ki, ərazidə vaxtilə sovet ordusuna aid hərbi hissə yerləşib. Dənizdə su səviyyəsi artdıqdan sonra ərazi su altında qalıb. Artıq bir neçə ildir ki, bu ərazilər quruduqca minalar aşkar edilərək müvafiq qurumların əməkdaşları tərəfindən zərərsizləşdirilir.
Xəbəri paylaş