"İran-Əfqanıstan sərhədində döyüşlər gedir. Taliban İrana müharibə elan edib. Taliban döyüşçüləri bəzi məntəqələrdə sərhədi keçiblər, hər iki tərəfdən itkilər var".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, döyüşlər sərhəd ərazisindən keçən çaya nəzarət uğrunda gedir:
"İran prezidenti İbrahim Rəisi bu ayın əvvəlindəki açıqlamasında Talibanı xəbərdar etmişdi ki, Əfqanıstan Hilmənd çayına iddia etməsin. Yəni münaqişənin fitilini yandıran İbrahim Rəisi olub. Taliban ABŞ ordusunu Əfqanıstana tərkə məcbur edən silahlı gücdür, İrandan çəkinəcək halı yoxdur. Taliban lideri İranı bu sözlərlə hədələyib: “Gücümüzü sınamayın, Tehrana qədər gəlib çıxarıq”.
Elxan Şahinoğlu deyib ki, İranla Taliban arasında döyüşlər davam edərsə mövcud vəziyyət bölgəyə də təsirsiz ötüşməyəcək.
Anar Əliyev