Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik zəngləri gəlməkdə davam edir.
Newscenter.az Türkiyə Prezidentinin İnformasiya İdarəsinə istinadən bildirir ki, Fransa prezidenti Emmanuel Makron da prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu seçkidəki qələbə münasibətilə təbrik edib.
Makron seçkilərin nəticələrinin türk xalqı üçün xeyirli olmasını arzulayıb.
Görüşdə Türkiyə-Fransa münasibətləri və regional məsələlər də müzakirə edilib.
Anar Əliyev