Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident: “İsrailin kənd təsərrüfatı sahəsində müsbət təcrübəsindən istifadə etməyə hazırıq”

Prezident: “İsrailin kənd təsərrüfatı sahəsində müsbət təcrübəsindən istifadə etməyə hazırıq”


“Azərbaycan uzun illərdir ki, İsrail üçün etibarlı xam neft tədarükçüsü olmaqda davam edir”.

Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İsrail Prezidenti İsxaq Hersoq ilə görüşdən sonra deyib.

"Bu, enerji sektorunda sıx əməkdaşlığı nümayiş etdirir. Bu gün biz enerji sektorunda əməkdaşlığı necə genişləndirə biləcəyimizi müzakirə etdik, çünki investisiya və interkonnektorların yaradılması layihələrində böyük imkanlar görürük", - dövlət başçısı bildirib.

Prezident görüş zamanı suvarma və kənd təsərrüfatı sahəsində planların da müzakirə edildiyini nəzərə çatdırıb: “Biz İsrailin bu sahədə böyük nailiyyətlər əldə etdiyini bilirik və bu müsbət təcrübədən kənd təsərrüfatımızın məhsuldarlığını artırmaq, ixrac bazarlarımızı şaxələndirmək üçün istifadə etmək istəyirik".

Onun sözlərinə görə, ölkələr arasında əməkdaşlığın digər istiqaməti kibertəhlükəsizlik sahəsidir. "Bu sahədə əməkdaşlıqla bağlı fəal müzakirələrin başladığına çox şadıq. Bu gün kibertəhlükəsizlik hər bir ölkənin təhlükəsizliyinin mühüm tərkib hissəsidir", - dövlət başçısı deyib və Azərbaycanın bu sahədə İsrail təcrübəsindən yararlanmağa hazır olduğunu əlavə edib.

Mehman Mehdiyev
Xəbəri paylaş