Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Paşinyanı Soçiyə niyə çağırır? -ÖZƏL

Putin Paşinyanı Soçiyə niyə çağırır?


"Ermənistan və Azərbaycan arasında davam edən siyasi və hərbi munaqişənin danışıqlar yolu ilə normallaşması prosesləri son vaxtlar intensiv hal alıb".

Bu fikirləri Newscenter.az-a səsləndirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, may ayının əvvəlində Vaşinqtonda keçirilən sülh danışıqları, mayın ortalarında Avropa İttifaqı çərçivəsində Brüssel platformasında davam etdirildi:

"Hər iki ölkənin hökumət başçıları mühüm qərarlar üzərində öz fikirlərini bildirdilər və görüşlərin müsbət təsir göstərdiyi qeyd olundu. Bildiyimiz kimi iyun ayının 1-də yenidən Ermənistan və Azərbaycan hökumət başçılarının, Avropa İttifaqı Kişinyovda keçiriləcək, Avropa Siyasi Sammiti çərçivəsində, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Pasinyan, Fransa prezidenti Emanuel Makron, Almaniya kansleri Olaf Şolts və Aİ Şurasının prezidenti Şarl Mişel arasında böyük görüş nəzərdə tutulur. Bunların ardınca Ermənistan baş naziri Nikol Pasinyanın iyunun 7-9 da yenidən Rusiyaya səfəri planlaşdırılır".

Ekspert deyib ki. bu görüş Rusiyanın Soçi şəhərində iki ölkənin baş nazirləri səviyyəsində keçirilməsi nəzərdə tutulur:

"Sözsüz ki, bir ay ərzində erməni baş nazirin Rusiyaya bu üçüncü səfəri olacaq.Ermənistan Cənubi Qafqazda Rusiyanın müttəfiqi hesab olunur.Hazırda Cənubi Qafqaz ölkələrində mövcud durumu nəzərə alsaq və bu ölkələrə müttəfiq ölkələrin maraqlarını və sabit qalmayan durumu nəzərə alaraq demək olar ki, Rusiya öz müttəfiqi sayılan Ermənistana mövcud geosiyasi vəziyyətdən qaynaqlanan təlimatlarını verə bilər. Burda Türkiyənin yeni hökuməti ilə bağlı və İsrail -Azərbaycan münasibətlərində olan yaxınlıq yer ala bilər. Sözsüz ki, Avropa İttifaqı çərçivəsində Moldovanın paytaxtı Kişinyovda keçiriləcək böyük görüşün nəticələri də erməni baş nazir Pasinyanın rusiyalı həmkarı ilə Soçidə müzakirə olunacaq".

Anar Əliyev
Xəbəri paylaş