Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qanunsuz erməni silahlı dəstələrinin Ağdam, Füzuli, Kəlbəcər və Laçında fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

Qanunsuz erməni silahlı dəstələrinin Ağdam, Füzuli, Kəlbəcər və Laçında fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb


Qanunsuz erməni silahlı dəstələrinin Ağdam, Füzuli, Kəlbəcər və Laçında fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam rayonunun Çuxurməhlə, Füzuli rayonunun Yuxarı Veysəlli, Laçın rayonunun Xırmanlar və Kəlbəcər rayonunun Mərcimək yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş