Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şimali Kipr prezidenti və hökumət üzvləri Ərdoğanı təbrik edib

Şimali Kipr prezidenti və hökumət üzvləri Ərdoğanı təbrik edib


Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) prezident Ersin Tatar prezident seçkilərinin ikinci turunda qalib gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

Newscenter.az xəbər verir ki, prezident Tatar mesajında “Dünya demokratiyasına nümunə olacaq şəkildə, xalqın böyük iştirakı ilə demokratik şəraitdə keçirilən seçkidə xalqın azad iradəsi ilə Türkiyə Respublikasının 13-cü prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Zati-alinizin rəhbərliyi ilə Türkiyə əsrinin Türkiyə dövləti və türk milləti üçün xeyirli uğurlu olmasını diləyir, uğurlarınızın davamlı olmasını arzulayıram”, - deyib.

XXX

ŞKTC-nin parlament sədri Zorlu Töre də prezident seçkilərinin ikinci turunda qalib gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

Zorlu Töre mesajında bu sözləri deyib:

“Ana vətənimiz Türkiyədə prezident seçkilərinin 2-ci turu böyük bir demokratiya təntənəsi ilə keçdi. Seçkilərin nəticələrinə görə Türkiyənin 13-cü prezidenti seçilən cənab Rəcəb Tayyib Ərdoğanı təbrik edirik.

Türk əsrinin davam edəcəyi bu prosesdə ana vətənimiz Türkiyə Cümhuriyyəti ilə əl-ələ addımlamağa davam edəcəyik. Arzu edirik ki, seçki nəticələri vətənimizə və türk millətinə xeyirli uğurlu olsun.

Türk millətinin yeni əsri üçün müjdələr olsun, təbrik edirik”.

XXX

ŞKTC-nin baş naziri Ünal Üstel prezident seçkilərinin ikinci turunda qalib gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

Baş nazir mesajında “Cənab Prezident Rəcəb Tayyib Ərdoğanı qətiyyətli qələbəsi münasibətilə təbrik edir, mühüm demokratiya imtahanından keçən Türkiyədəki qardaşlarımızı ürəkdən təbrik edir, seçki nəticələrinin ana vətənimizə xeyirli uğurlu olmasını arzu edirəm”, - qeyd edib.

XXX

ŞKTC xarici işlər naziri Tahsin Ərtoğruloğlu da Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

Nazirlikdən verilən məlumata görə, Ərtoğruloğlu mesajında seçki nəticələrinin Milli Kipr davasını birlikdə müdafiə etdikləri ana vətən Türkiyə, ölkəsinə və Türk dünyasına xeyirli olmasını arzulayıb.

“28 may 2023-cü il ana vətənimiz Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələrək yenidən Türkiyə Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

14 may seçkilərində liderliyinizdəki Cumhur İttifaqının TBMM-də səs çoxluğu qazandıqdan sonra Türkiyə xalqı sizi yenidən prezident seçərək rəhbərliyinizlə həyata keçirilən işlərə bir daha etimad göstərib və sabitlik deyib.

Seçki nəticələrinin Milli Kipr davamızı birlikdə müdafiə etdiyimiz anavətənimiz Türkiyəmiz, ölkəmiz və Türk dünyası üçün xeyirli olmasını diləyirəm. İnanıram ki, ana vətənlə ölkəmiz arasında həmrəylik və əməkdaşlıq Sizin rəhbərliyinizlə hər sahədə daha da genişlənəcəkdir.

Yeni dövrdə bütövlükdə ana vətənimizə, xüsusən də Sizə yeni uğurlar, xoşbəxtlik arzulayıram. Türkiyə əsri xeyirli olsun”, - T.Ərtoğruloğlu vurğulayıb.

R.Mehdiyeva
Xəbəri paylaş