Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülhə ən yaxın tərəf Azərbaycandır -ÖZƏL

Sülhə ən yaxın tərəf Azərbaycandır


“30 ildən artıq davam edən keçmiş Qarabağ münaqişəsinin həlli istiqamətindəki proseslərə, bu proseslərə siyasətçilərin münasibətlərinə, fikirlərinə nəzər saldıqda görürük ki, Azərbaycan tərəfi bir qayda olaraq Qarabağ münaqişəsində danışıqlara üstünlük verir".

Bu fikirləri Newscenter.az-a araşdırmaçı, siyasi analitik Güldeniz Genctürk səsləndirib. O bildirib ki, Prezident İlham Əliyev ikitərəfli münasibətləri sülh və dialoq yolu ilə həll etmək istədiyini dəfələrlə bəyan edib:

"Hətta İkinci Qarabağ müharibəsində əməliyyatlar başlayan gecə xalqa müraciət edərkən “geri çəkilin, masa arxasında oturaq” çağırışları da etdi. 2022-ci ildə də dialoq təklifi məhz Bakı tərəfindən irəli sürülüb. Ona görə də asanlıqla deyə bilərəm ki, problemin sülh yolu ilə həllinə ən yaxın tərəf Azərbaycandır".

Anar Əliyev
Xəbəri paylaş