“Türkiyədə milli valyuta olan lirənin yenidən dəyərdən düşməsi, nəticə etibarilə ərzaq məhsullarında müşahidə edilən qiymət artımı Qərbin, Amerikanın Türkiyəyə seçkidən sonrakı təsir elementləridir”.
Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında əksini tapıb. Mərkəzdən Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, seçkilərlə Ərdoğanı hakimiyyətdən uzaqlaşdıra bilməyən Qərb, Avropa iqtisadi təzyiq vasitələri ilə Türkiyənin legitim hakimiyyətini devirmək niyyətindədir:
“Qərbdə düşünürlər ki, iqtisadi rıçaqları işə salmaqla ölkədə əhalinin sosial vəziyyətini gərginləşdirmək, bununla da xalqı Ərdoğana qarşı qaldıraraq hakimiyyət dəyişikliyi etmək mümkündür. Ancaq yanılırlar. Türk xalqı Ərdoğanı devirmək üçün ona etimad göstərməyib”.
Natiq Orucov