Türkiyənin paytaxtı Ankara şəhərində yağan güclü leysan yağışlar bir sıra fəsadlara yol açıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, leysan yağışlar bir çox küçələrdə iş yerləri və evləri su altında qoyub. Ən çox zərər Ankaranın Yenimahalle rayonunda qeydə alınıb. Belə ki, leysan yağış Yenimahalledəki Şehit Cem Ersever küçəsində yolda çökmələrə səbəb olub.
Hadisə yerinə polis və Ankara Böyükşəhər Bələdiyyəsi qrupları cəlb edilib. Çökmənin baş verdiyi yolda nəqliyyatın hərəkəti nəzarət altına alınıb.
Mehman Mehdiyev