Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa ölkələri müdafiə xərclərini artırır -ÖZƏL

Avropa ölkələri müdafiə xərclərini artırır


Avropa ölkələrinin əksəriyyəti müdafiə xərclərini artırmaq qərarına gəliblər.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, buna səbəb Rusiya-Ukrayna müharibəsidir. Belə ki, Polşa və Almaniya ilə yanaşı, İsveç və Finlandiya kimi ölkələr də xərclərini rekord sürətlə artırıblar.

Rəsmi Varşava ümumi daxili məhsulunun 4,3 faizini orduya ayırmağı qərarlaşdırıb. Bu, ölkənin faktiki ehtiyacından 17 milyard avro çoxdur.

Almaniya da həmçinin ordusunun modernləşdirilməsi, yeni silahların alınması və istehsalı üçün 100 milyard avro büdcə ayırıb. Finlandiyanın hərbi xərcləri 36 faiz, Litvanın 27 faiz, İsveçinki isə 12 faiz artıb. Danimarka da öz növbəsində 10 il ərzində ölkənin müdafiəsi üçün xərcləri 3 dəfə artırmaq qərarına gəlib.

Anar Tağıyev
Xəbəri paylaş