Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və İsrail münasibətləri dərin tarixi köklər üzərində qurulub -ÖZƏL

Azərbaycan və İsrail münasibətləri dərin tarixi köklər üzərində qurulub


“Azərbaycan və İsrail münasibətləri dərin tarixi köklər üzərində qurulub. Bu köklər Azərbaycanda yaşayan Yəhudi xalqının Azərbaycana və azərbaycanlılara olan sevgisi və onları bir birinə bağlayan doğmalıq telləri üzərində formalaşıb”.

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi İsrail prezidentinin Azərbaycana səfərinə münasibət bildirərkən səsləndirib. O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə, İsrail prezidenti İshaq Hersoq arasında rəsmi görüş iki ölkə arasında səmimi dostluq və əməkdaşlıq çərçivəsində keçirilib:

“Gorüş zamanı müxtəlif ikitərəfli və regional məsələlər müzakirə olunub. Ticarət, energetika və təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı vurğulanıb. Görüş zamanı İsrail prezidenti İshaq Hersoq Azərbaycanı, regionun ən əhəmiyyətli ölkəsi kimi qeyd edərək, Azərbaycan ilə qarşılıqlı əlaqələrin genişlənməsi tərəflər üçün olduqca faydalı hesab edirik, deyə qeyd edib. “Azərbaycan bizim üçün eyni zamanda dost ölkədir və onunla əlaqələr xarici siyasətimizdə prioritet istiqamətdir” bu sözləri jurnalistlərə açıqlamasında prezident İshaq Hersoq deyib”.

Ekspert bildirib ki, dünya mediasında yer alan bu səfər həmçinin İsrail və Azərbaycan arasında münasibətlərin təsadüf olmadığını göstərməkdədir:

“Bu münasibətlərin son illərdə daha da inkişaf etdirilməsi dünyanın ən tanınmış mətbuat səhifələrində dərc olunur. İsrail Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir və Azərbaycanla böyük ticarət əlaqələrinə malikdir. Ölkəsinin neftə olan tələbatının 40 faizini Azərbaycandan idxal edən İsrail, hərbi sahədə sıx əməkdaşlıq əlaqələrimizin olduğu ölkələrin önündə gəir. Hərbi, energetika və kənd təsərrüfatı sahəsində iki ölkə arasında yüksək səviyyədə əməkdaşlıq əlaqələrimiz mövcuddur və İsrail prezidentinin indiki geniş tərkibdə ölkəmizə səfəri və bu çərçivədə keçirilən görüşlər bu və digər sahələrdə aparılan işlərin daha da inkişaf etdirilməsi istiqamətində öz müsbət təsirini göstərəcəkdir”.

Anar Əliyev
Xəbəri paylaş