Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Voleybol Federasiyasının rəsmisi "Gümüş Avropa Liqası"nın qarşılaşmasına təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının rəsmisi "Gümüş Avropa Liqası"nın qarşılaşmasına təyinat alıb


Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova kişi voleybolçular arasında "Gümüş Avropa Liqası"nın qarşılaşmasına təyinat alıb.

Newscenter.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, İsmayılova B qrupunda mübarizə aparan Gürcüstan və Avstriya yığmaları arasında keçiriləcək matçda supervayzer funksiyasını yerinə yetirəcək. Görüş bu gün Gürcüstanda baş tutacaq.

CEV-in bu matç üçün təyinatına əsasən İsmayılova görüşün hakimləri moldovalı Andrei Taran və gürcüstanlı Mixail Guniavanın işinə qiymət verəcək.

Oruc Niyazov
Xəbəri paylaş