Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Bahçeli ilə görüşü başlayıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, görüş Prezident Külliyəsində keçirilir. Ərdoğan-Bahçeli görüşündə Türkiyədə keçirilən prezident seçkilərinin nəticələri, qarşıdakı dövr ərzində atılacaq addımlar, həmçinin yeni hökumət kabineti ətrafında müzakirələr keçirilir.
Qeyd edək ki, Türkiyədə yeni hökumət kabinetinin tərkibi iyunun 3-də açıqlanacaq.
Anar TAGİYEV