Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla serbiyalı həmkarı Aleksandr Vuçiç və Kosovonın Baş naziri Albin Kurti arasında telefon danışığı olub.
Newscenter.az Türkiyə Prezidentinin İnfomasiya və Kommunikasiya İdarəsinə istinadən bildirir ki. Serbiya Prezidenti Vuçiç və Kosovo Baş naziri Kurti prezident Ərdoğana yenidən prezident seçilməsi münasibətilə təbrik ediblər.
Telefon danışıqları zamanı ikitərəfli münasibətlər və regional məsələlər də müzakirə olunub.
Prezident Rəcəb Tayyib Ərdoğan Kosovonun şimalında baş verənlərdən narahatçılıq keçirdiyini deyib, bölgədə davamlı sülh və sabitliyin bərqərar olmasının yeganə yolunun dialoq prosesində irəliləmək olduğunu söyləyib. Prezident Ərdoğan Türkiyə olaraq dialoq prosesinə öz töhfələrini verməyə hazır olduqlarını bildirib.
Anar TAGİYEV