Türkiyədə İŞİD və PKK terror təşkilatına qarşı əməliyyat keçirilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, əməliyyatlar Mardinin mərkəzi başda olmaqla 12 bölgədə aparılıb.
Terrorla Mübarizə Şöbəsi və Kəşfiyyat Şöbəsinin koordinasiyasında həyata keçirilən əmıiyyat zamanı İŞİD və PKK terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 20 nəfər saxlanılıb.
Mardin, İstanbul, Bingöl, Ankara, Konya, Kocaeli, Sakarya, Qaziantep, Isparta, Hatay, İzmir və Kayseri antiterror əməliyyatlarının keçirildiyi şəhər və vilayətlər olub.
Axtarışlar zamanı saxlanılan şəxslərin mənzilləri və üzərilərindən 4800 dollar, 4400 lirə, sənədsiz ov tüfəngləri, təşkilati məzmunlu sənədlər və kitablar, çoxlu sayda rəqəmsal materiallar, 6 mobil telefon və 35 şarj adapteri ələ keçirilib.
Anar TAGİYEV