"İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun və birinci xanım Mixal Hersoqun ölkəmizə səfəri Azərbaycan-İsrail arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinə və iki ölkə arasındakı dostluq münasibətlərin daha dərinləşməsinə səbəb olacaq"
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib.
Deputat qeyd edib ki, İsraillə Azərbaycan arasında gözəl münasibətlər qurulub və dinamik inkişafını davam etdirir. Bu münasibətlər 44 günlük Vətən müharibəsindən sonra daha da möhkəmlənməkdədir. İsrail dövləti hər zaman Azərbaycanı dəstəkləyib. İkinci Qarabağ müharibəsində də İsrail bizim haqq savaşımızda yanımızda oldu. İsrailin ölkəmizə verdiyi ən müasir texnologiyalarla təchiz olunmuş müxtəlif silahlar bizim 44 günülk Vətən müharibəsindəki qələbəmizdə böyük rol oynadı. Bilirsiniz ki, Vətən müharibəsində yəhudi gənclər də fəal iştirak etdilər. Hazırda Azərbaycan-İsrail arasındakı münasibətlər dünyada və regionda sülhün və əminamanlığın möhkəmlənməsinə xidmət edir.
Baş nazir Benyamin Netanyahunun, daha sonra isə İsrail prezidenti İsxak Hersoqun Azərbaycana səfəri bir daha göstərdği ki, iki dövlət və xalqlar arasındakı dostluq, qardaşlıq münasibətləri yüksək səviyyəyə çatıb".
Deputat vurğulayıb ki, Azərbaycandakı mövcud multikulturalizm ənənələri yəhudilərin tarix boyu ölkəmizdə bizimlə birlikdə bərabər, rahat, dostluq və qardaşlıq şəraitində yaşamasını təmin edib:
"İsxak Hersoqun ölkəmizə səfəri dövlətlərimiz arasındakı iqtisadi, siyasi, texniki, müdafiə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, xalqlarımız arasındakı mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi baxımından olduqca əhəmiyyətlidir. Əminəm ki, İsrail-Azərbaycan münasibətlər bundan sonra da ən yüksək səviyyədə inkişaf edəcək".(sonxeber.az)