Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail dövləti haqq işimizdə Azərbaycanın yanında olub -ÖZƏL

İsrail dövləti haqq işimizdə Azərbaycanın yanında olub


44 gunlük Vətən müharibəsində, Qələbənin əldə olunmasında dost İsraildən aldığımız hərbi texnikanın da xüsusi yeri olub və İsrail dövləti bu haqq işimizdə Azərbaycanın yanında durdu.

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, Azərbaycan və İsrail arasında dostluq, əməkdaşlıq və strateji əlaqələr Cənubi Qafqaz regionunda birmənalı qarşılanmır:

“Bu əlaqələr region ölkələrinə öz təsirini göstərir. Biz bilirik ki, İsrail bir çox qonşu və digər müsəlman ölkələri ilə uzun illərdir düşmənçilik içərisində yaşayır və bizim qonşumuz İranın siyasətində bu ölkəyə qarşı zaman- zaman kəskin tənqid və təhdid dolu bəyanatlar səslənir. Yaxın Şərq ölkələri ilə İsrail arasında səngiməyən munaqişələr və günahsız insanların qətlə yetirilməsi və digər halların baş verməməsinə dair Azərbaycan və İsrail arasında əlaqələr, digər müsəlmanlarla yəhudilərin sülh və əmin-amanlıq şəraitində yaşamaları üçün , açıq dialoq forumasına gözəl nümunə və mesaj hesab edilə bilər”.

Anar Əliyev
Xəbəri paylaş