Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kişinyov görüşü də sülh vəd etmir -ÖZƏL

Kişinyov görüşü də sülh vəd etmir


"Azərbaycan və Ermənistan liderlərinin Moldovanın paytaxtı Kişinyov şəhərində keçiriləcək növbəti görüşü də sülh vəd etmir". Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında əksini tapıb.

Newscenter-az-a Analitik Qrupdan bildirilib ki, görüşün formatı Azərbaycan və Ermənistan liderlərinin görüşündə hansısa razılaşmanın əldə olunacağını mümkünsüz edir:

"Bir qayda olaraq Fransa prezidenti Emmanuel Makronun qatıldığı görüşlər qeyri-konstruktiv məcrada keçir və Fransa tərəfi maksimum dərəcədə çalışır ki, həmin görüşdə Ermənistanın maraqları təmin olunsun. Bu dəfə də eyni halın baş verəcəyi istisna deyil. Ona görə də Kişinyov görüşündən hansısa ciddi nəticə gözlənilmir".
Analitik Qrup hesab edir ki, görüşdə hansısa nəticə əldə edilsə belə, Rusiya onun reallaşmasına mane olacaq:

"Çünki Rusiya Qarabağ məsələsində özündən başqa oyunçu görmək istəmir".

Anar Əliyev
Xəbəri paylaş