Fransa prezidenti Emmanuel Makron NATO-nun fəaliyyətini tənqid edib.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən Globsec Təhlükəsizlik Konfransında çıxışı zamanı Makron NATO-nun 2019-cu ildə "Beyin ölümü" keçirdiyini, Rusiya-Ukrayna müharibəsi nəticəsində isə Vladimir Putin tərəfindən elektroşokla oyandırıldığını söyləyib.
Fransa prezidenti qeyd edib ki, Rusiyaya qarşı apardığı müharibədə Ukraynaya effektiv əks-hücum keçirməyə kömək etmək lazımdır.
Anar TAGİYEV