Bir neçə gündür ki, Kosova-Serbiya sərhədində yaşanan gərginlik NATO-nu əlavə addımlar atmaq məcburiyyətində qoyub.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, belə bir açıqlama ilə NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib. Hərbi Alyansa üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi səviyyədə keçirilən görüşündən sonra açıqlama verən NATO baş katibi Kosovada sabitliyə nail olmaq üçün bütün mümkün vasitələrdən istifadə edəcəklərini diqqətə çatdırıb.
Baş katib bu məqsədlə Kosovaya daha 700 NATO əsgərinin göndəriləcəyini söyləyib.
Anar Tagiyev